Banqladeşdə hərbi təyyarə kampusa düşdü - Ölənlər var

Banqladeşdə hərbi təyyarə kampusa düşdü - Ölənlər var
DÜNYA
16:22 22.07.2025
336
Banqladeşin paytaxtı Dəkkədə Hərbi Hava Qüvvələrinə məxsus "F-7" tipli təlim təyyarəsinin universitet kampusuna düşməsi nəticəsində ölənlərin sayı 31 nəfərə yüksəlib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, həlak olanlardan 25-i tələbədir.

Qəza nəticəsində 78 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və hazırda xəstəxanalarda müalicə olunurlar.

Banqladeş Ordusunun yaydığı açıqlamada bildirilir ki, təyyarə yerli vaxtla saat 14:06-da A.K. Khandker Hava Bazasıından havaya qalxdıqdan dərhal sonra texniki nasazlıq səbəbilə qəzaya uğrayıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
 
Oksana
OXŞAR XƏBƏRLƏR