Binəli Yıldırım azərbaycanlı jurnalistlərin suallarını cavablandırdı - VİDEO

Binəli Yıldırım azərbaycanlı jurnalistlərin suallarını cavablandırdı - VİDEO
SİYASƏT
18:05 06.03.2026
626
"Azərbaycan xalqını səmimi qəlbdən salamlayıram. Ramazan ayınız mübarək olsun. Qarşıdan gələn bayramların bütün insanlara sevinc və bərəkət gətirməsini arzulayıram. Naxçıvana İran hava məkanından həyata keçirilmiş PUA hücumunu qətiyyətlə və şiddətlə pisləyirəm. Bu cür təxribat xarakterli addımlar təkcə bir bölgənin deyil, bütün bölgənin gələcəyinə, sülh və sabitlik arzusuna zərbə vurur. Qafqazda sülh mühitinin və qardaşlıq ruhunun zədələnməsinə yönəlmiş hər hansı addımın qarşısında Türkiyə və bütün türk dünyası olaraq hər zaman qardaş Azərbaycan xalqının yanında olduğumuzu qətiyyətlə ifadə edirik. Eyni zamanda bu hadisə ilə İran tərəfindən gərginliyi azaldan və sabitliyə xidmət edən addımların atılmasını gözlədiyimizi də xüsusilə vurğulamaq istəyirik. Çünki bölgəmizin gələcəyi qarşıdurmalarla deyil, dialoq və sabitliklə qurula bilər. Bu hadisə ilə əlaqədar Naxçıvandakı qardaşlarımıza səmimi keçmiş olsun diləklərimizi çatdırırıq. Sözlərimi böyük hörmət və ehtiramla, Cənab İlham Əliyevə salam və ən xoş arzularımızı çatdıraraq tamamlamaq istəyirəm. Qafqazda sülhün, sabitliyin, əməkdaşlığın daha da güclənməsini Rəbbimizdən diləyirəm”.

Bu fikirləri Azərbaycan və Türkiyə jurnalistlərinin sosial platforma üzərindən ortaq-birgə yayımı zamanı Türkiyənin keçmiş Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım canlı yayıma qoşularaq bildirib. O, "Manset.az" xəbər portalının baş redaktoru Əli Vəliyev, "Azxəbər.com” saytının baş redaktoru Hacıbəy Heydərli, "Time Media Haber”in rəhbəri Ali Kan və tanınmış jurnalist Elvin Basqallının ortaq canlı yayımı zamanı son hadisələrlə əlaqədar olaraq bir sıra suallara cavab verib:

Ali Kan: Naxçıvanda baş verən hücumdan sonra İrandan təkzib açıqlaması gəldi. Siz bununla bağlı nə düşünürsünüz? Türkiyə ilə Azərbaycanın bu müddətdəki birlik mesajı haqqında nə deyə bilərsiniz?

"Türkiyə, Azərbaycan və Türk dünyası qardaşdır, birdir, bərabərdir. Bizim qardaşımıza edilən hücum bütün qardaşlarımıza edilmiş bir hücumdur. Buna görə də hərəkət edilir. İran hava məkanından gələn bu hücuma hansısa formada aydınlıq gətirilməsi Azərbaycanın və bizlərin əsas gözləntisidir. Eyni zamanda bizim torpaqlarımıza yönəldilən raket zərərsizləşdirilib. İranda cərəyan edən bu qarşıdurmaların bölgəmizə yayılmasını təhlükəli hesab edirik. Tezliklə sona çatmasını arzulayırıq.

Hacıbəy Heydərli: İrandan Türkiyəyə bir neçə gün öncə raket atıldı və NATO tərəfindən bunun qarşısı alındı. Bununla bağlı fikirlərinizi bilmək istəyərik. Yenidən belə bir addım atılarsa, bunun qarşılığı necə olacaq?

"Türkiyə ölkəsinə və torpaqlarına olacaq hər hansı bir hücuma qarşı hər zaman hazırdır. Ümid edirik ki, belə səhv bir daha təkrar olunmaz”.

Elvin Basqallı: Artıq 10-dan çox ölkəyə hücum olunub. Üçüncü Dünya Müharibəsinin başlama ehtimalı varmı?

"Təbii ki, heç kim bu savaşın bütün dünyaya yayılmasını istəməz. Ən pis sülh ən yaxşı savaşdan daha yaxşıdır. Dolayısıyla, mübarək Ramazan ayında sülhün hökm sürməsini arzulayırıq. İnsanlığın yalnız və yalnız sülhdən yana olmasını diləyirik”.

Əli Vəliyev: İran, həqiqətən də, Türkiyə və Azərbaycanı bölgədə müharibəyə çəkmək istəyir?

"Cənab İlham Əliyevin Xameneinin vəfatı ilə əlaqədar səfirlikdə başsağlığı kitabını imzalamasından sonra belə bir hadisənin baş verməsi böyük talehsizlikdir. Bu, çox üzücü bir hadisədir. Mən spekulyasiya üzərində bir fikir formalaşdırmaq niyyətində deyiləm. Bölgə olaraq, türk dünyası olaraq bu savaşın daha da böyüməməsini arzulayırıq. Bunun üçün hər ölkənin üzərinə düşən vəzifələr var. Amma ediləcək ağılsız davranışlara qarşı daim hazır olduğumuzu tərəflərin bilməsində fayda var”.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
15:20 17.09.2026
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu
15:15 17.09.2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu
Şəmkirdə illər əvvəl törədilən qətlin TƏFƏRRÜATLARI
15:10 17.09.2026
Şəmkirdə illər əvvəl törədilən qətlin TƏFƏRRÜATLARI
ADMİU-dan xaric edilən tələbə: “Təhsilimi davam etdirmək istəyirəm” - VİDEO
15:08 17.09.2026
ADMİU-dan xaric edilən tələbə: “Təhsilimi davam etdirmək istəyirəm” - VİDEO
Bakıda 4 nəfər son anda ölümdən döndü - VİDEO
15:03 17.09.2026
Bakıda 4 nəfər son anda ölümdən döndü - VİDEO
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı oldu
14:46 17.09.2026
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı oldu
Lionel Messi yenə tarix yazdı – 48-ci kubokunu qazandı
14:35 17.09.2026
Lionel Messi yenə tarix yazdı – 48-ci kubokunu qazandı
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"
14:30 17.09.2026
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu
14:30 17.09.2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
14:29 17.09.2026
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı
14:12 17.09.2026
Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
14:10 17.09.2026
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
Tələbə universitetdən xaric edildi – Dünyada belə hallarda hansı tədbirlər görülür?
14:00 17.09.2026
Tələbə universitetdən xaric edildi – Dünyada belə hallarda hansı tədbirlər görülür?
Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
13:51 17.09.2026
Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Universitetdən xaric edilən tələbəni nə gözləyir? – Təhsilini davam etdirə bilər?
13:31 17.09.2026
Universitetdən xaric edilən tələbəni nə gözləyir? – Təhsilini davam etdirə bilər?
“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”
13:29 17.09.2026
“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”