Banqladeş Milliyyətçi Partiyası (BNP) 2024-cü ilin iyul ayında yüzlərlə insanın ölümü ilə nəticələnən hadisələrdən sonra formalaşdırılmış keçid hökuməti dövrünə son qoymaq məqsədilə keçirilən ilk ümumi seçkilərdə səs çoxluğu qazandığını və hökumət qurmağa hazırlaşdığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, BNP ABŞ-da yerləşən X sosial media platformasında yaydığı bəyanatda dünən keçirilən ümumi seçkilərdə üstünlük əldə etdiyini bildirib. Açıqlamada partiyanın hökumət qurmaq üçün kifayət qədər dəstək qazandığı vurğulanıb.
Banqladeşin nüfuzlu nəşrlərindən olan The Daily Star qəzetinin yaydığı qeyri-rəsmi nəticələrə görə, BNP və müttəfiqləri parlamentdə 208 yer qazanıblar. Bangladesh Jamaat-e-Islami və tərəfdaşları isə 69 yerlə ikinci yerdə qərarlaşıblar.
Digər yerli nəşr – Dhaka Tribune – BNP-nin hazırda təkbaşına 129 mandat əldə etdiyini yazıb.
Qeyd edək ki, parlamentdə hökumət qurmaq üçün minimum 151 yer tələb olunur.
Gülay










































