Banqladeşdə edam cəzasına məhkum edilmiş keçmiş baş nazir Şeyx Hasina Vacid və qardaşı qızı Tulip Siddiq həbs cəzasına məhkum ediliblər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Banqladeşin paytaxtı Dəkkədəki məhkəmə keçmiş baş nazir Şeyx Hasina Vacidi və qardaşı qızı, Britaniya Xəzinədarlığında Korrupsiyaya Qarşı Mübarizə üzrə keçmiş dövlət katibi Tulip Siddiqin hökumətin torpaq layihəsi ilə bağlı korrupsiyada iştirak etdiyini müəyyən edib.
Məhkəmə Hasinaya beş il, Siddiqə isə iki il həbs cəzası verib.
Gülay










































