“Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlandı

“Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlandı
İQTİSADİYYAT
14:28 29.11.2018
4314
"Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi "Barama FinTech Hackathon” yarışmasının qalibləri bəlli olub. Bu, Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən təşkil olunan sayca 6-cı Hackathon müsabiqəsi olub. Mütəxəssislər tərəfindən aparılan texniki dəyərləndirmənin ardından 28 noyabr tarixində baş tutan təqdimat və mükafatlandırma mərasimində iştirakçı komandalar yaratdıqları həlləri münsiflər heyəti qarşısında təqdim ediblər. Beləliklə, müsabiqədə "AXON” komandası (Ziya Bayramov, Tural Gülməmmədov, Rüfət Məmmədli) Mirza Aİ çat bot sistemini yaradaraq I yerə layiq görülüb. Qalib komanda Azercell-in Barama Mərkəzindən 2000 AZN dəyərində hədiyyə kuponu əldə edib. Müsabiqənin "KLMZ” adlı komandası (Seyid-Kənan Bağırov, Rüfət Abdullazadə, Məhəmməd Rüstəmzadə) müştəri istəklərini və bank təkliflərini birləşdirən platforması ilə II yerə çıxıb, mükafatı 900 AZN təşkil edib, "404” adlı komandası (Gunay Həsənova, Vüqar Suleymanov, Rəşid Şirəlizadə) isə tez və asan yolla depozit yaradan tətbiqetmə layihəsi ilə III yerin sahibi elan edilib və 500 AZN dəyərində hədiyyə ilə mükafatlandırılıb.

Qeyd edək ki, bu dəfəki müsabiqədə gənc proqramçıların qarşısına məqsəd kimi informasiya texnologiyalarının köməyi ilə müştəri məmnuniyyətinin artırılması, xidmətin operativliyi yönündə yeni məhsullar və innovativ həllərin yaradılması qoyulmuşdu. 10 komandada təmsil olunan 45 iddialı proqramçı 36 saat ərzində fasiləsiz olaraq müsabiqədə iştirak edib. Qeyd edək ki, bu müddətdə bütün iştirakçılar PAŞA Sığorta tərəfindən tibbi sığorta ilə təmin olunub. Layihəyə media dəstəyi Technote Media Platform və Barama Media tərəfindən göstərilib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq

sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qaxda iki avtomobil toqquşdu, xəsarət alanlar var
17:47 07.06.2025
Qaxda iki avtomobil toqquşdu, xəsarət alanlar var
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
17:29 07.06.2025
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
17:18 07.06.2025
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb