“Barbi” 2023-cü ilin ən çox gəlir gətirən filmi oldu

“Barbi” 2023-cü ilin ən çox gəlir gətirən filmi oldu
DÜNYA
19:10 03.09.2023
234
Qreta Gerviqin "Barbi” komediyası həftəsonu qlobal kassada qazancını 1,36 milyard dollara çatdıraraq 2023-cü ilin ən çox gəlir gətirən filmi olub.

O, 1,358 milyard dollar gəlir əldə edən "Super Mario Bros. Movie” cizgi filmini geridə qoyub.

21 iyul 2023-cü ildə premyerası baş tutan "Barbi” cəmi 17 gün ərzində kinoprokatda milyard dollarlıq həddi keçib. Bu, "Warner Bros” üçün ən uğurlu startdır.

Ekran əsəri, eyni zamanda qadın rejissorun indiyə qədər ən çox gəlir gətirən filmidir.
OXŞAR XƏBƏRLƏR