"Barcelona" Lamin Yamal ilə bağlı qərar verdi

İDMAN
18:57 02.10.2023
291
"Barselona" 16 yaşlı futbolçusu Lamin Yamalla müqaviləni yeniləyib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O bildirib ki, "Barselona" Yamalın yeni müqaviləsini bu gün elan edəcək.

Futbolçunun sözləşməsinə bir milyard avro sərbəstqalma məbləği daxil edilib.

İspaniya La Liqasının bu mövsümündə Yamal 8 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.
OXŞAR XƏBƏRLƏR