"Barcelona" - PSG matçının baş hakimi ilə bağlı qərar verildi

"Barcelona" - PSG matçının baş hakimi ilə bağlı qərar verildi
İDMAN
17:05 13.03.2017
1564
Çempionlar Liqasının 1/8 final mərhələsində "Barcelona" - PSG (6:1) matçını idarə edən Deniz Aytekin UEFA tərəfindən cəzalandırılmayacaq.
 
Goal.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, almaniyalı referi Avropanın ən nüfuzlu klub turnirində idarəçiliyini davam etdirəcək. UEFA Hakimlər Komitəsinin sədri və həmin oyunun hakim-inspektoru Pyerluici Kollina Aytekinə zəif bal versə də, ona qarşı sanksiya tətbiq olunmasına ehtiyac görməyiblər. Bu barədə RMC agentliyi məlumat yayıb.
 
Qeyd edək ki, bir sıra Fransa və İspaniya nəşrləri Aytekinin bu mövsüm Çempionlar Liqası oyununa təyinat almayacağını yazırdı.
 
Eyni zamanda "Barcelona" - PSG matçının yenidən keçirilməsi üçün imzatoplama kampaniyasına artıq 200 mindən çox azarkeş dəstək verib.
OXŞAR XƏBƏRLƏR