"Barcelona"nın ulduz futbolçusunun başına iş gəldi - Özü və həyat yoldaşı...

İDMAN
00:11 30.08.2022
385
İspaniyanın "Barselona” klubunda çıxış edən Pyer Emerik Obameyanqın evində silahlı oğurluq olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı futbolçunu evinin 4 silahlı şəxs tərəfindən qarət edildiyi bildirilib.

Bildirilib ki, gecə yarısı saat 01:00 radələrində futbolçu ailəsi ilə evdə olarkən bağçadan evə üz maskası ilə daxil olan oğrular futbolçunu və həyat yoldaşını silahla hədələyiblər. Bəzi qızıl-zinət əşyalarının olduğu seyfi tapıb  və içindəkiləri götürüb qaçıblar.

Həmçinin, Aubameyang və həyat yoldaşının əllərinin bağlı halda təxminən 1 saat evdə qaldıqları qeyd edilib.

Yüngül xəsarət alan futbolçunun və həyat yoldaşının vəziyyətinin yaxşı olduğu, qaçan soyğunçuların axtarıldığı bildirilib.

Aydın
OXŞAR XƏBƏRLƏR