"Osasuna" ilə oyunda zədələnən "Barselona" kapitanı Karles Puyol yenidən yaşıl meydanlara qayıdır.
Qol.Az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçu ötən gün komandasının düşərgəsinə qoşulub və ilkməşqinə çıxıb.
Futbolçunun İspaniya La Liqasının növbəti turu çərçivəsində "Qetafe" ilə görüşdə meydana çıxacağı gözlənilir. Lakin Puyol meydanda xüsusi qoruyucu maska ilə mübarizə aparacaq.Qeyd edək ki, Puyol zədə səbəbindən "Avro-2012"də İspaniya millisinə kömək edə bilməmişdi.