“Barsa” 50 milyona 17 yaşlı futbolçu alır

“Barsa” 50 milyona 17 yaşlı futbolçu alır
İDMAN
10:47 05.05.2018
6509

"Santos"un hücumçusu Rodriqo Silva de Qois "Barselona"ya keçməyə çox yaxındı.

17 yaşlı vunderkindin atası danışıqlar aparmaq üçün Barselonaya gəlib. Klubun skautları hesab edirlər ki, Rodriqo öz yaşıdları arasında ən perspektivli futbolçulardan biridi.

Onu tez-tez Neymarla müqayisə edirlər. Rodriqonun "Santos"la müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub. Müqavilədə onu almaq istəyən klubun 50 milyon avro ödəmli olacağı göstərilib.

 

Rodriqo "Santos"un əsas komandasında 7 oyun keçirib və 2 qol vurub. O, Braziliyanın gənclər yığmasında keçirdiyi 4 oyunda da 3 dəfə fərqlənib.

///komanda.az

OXŞAR XƏBƏRLƏR