"Barsa" Ardanı Çinə satıb yerinə onu gətirəcək

"Barsa" Ardanı Çinə satıb yerinə onu gətirəcək
İDMAN
11:18 09.02.2017
1374
Çinlilərin israrlı və cəlbedici təklifləri "Barselona"nı Ardanı satmağa həvəsləndirib.

Kataloniya təmsilçisi Ardanın satışından qazancaqları puldan səmərəli istifadə etməyin hesablarını aparırlar. Artıq Ardanın yerinə daha ucuz qiymətə perespektivli əvəzləyici axtarışına başlanılıb.

Arda Çinə getməyə razılıq versə, onun yerinə "Monako"dan Bernadro Silva gətiriləcək. "El Mundo Deportivo" qəzeti tərəflərin danışıqlara başladığını da yazıb.

23 yaşlı portuqaliyalı futbolçu bu mövsüm "Monako"dakı çıxışıyla diqqətləri üzərinə çəkməyi bacarıb. 2015-ci ildən çıxış etdiyi fransız klubunda 68 oyuna 18 qol vuran Silvaya "Yuventus" da elçi düşüb.
OXŞAR XƏBƏRLƏR