"Barsa" "Real"a 24 saniyə oynamağa imkan verdi 1:3 (VİDEO)

İDMAN
11:15 11.12.2011
2471

Futbol üzrə İspaniya çempionatında növbəti tura start verilib.

AZXEBER.COM-un məlumatına görə, bu dəfə bütün dünyanın diqqəti Madridə yönəlib. Planetin ən güclülərindən sayılan “Real” və “Barselona” növbəti “El Klassiko”ya çıxıblar. Ardıcıl 14 qələbə qazanana və primerada liderlik edən “Real” son vaxtlarda olduğu kimi bu dəfə də prinsipial rəqibi ilə bacarmayıb. Erkən qol vuran madridlilər ardından 3 xqol buraxaraq “Barsa” sindromu qarşısında yenə aciz qalıblar – 1:3.Qeyd edək ki, Kataloniya təmsilçisi ardıcıl 6 oyundur səfərdə “Real”a uduzmur. Bununla da “El Klassiko” tarixində şəxsi rekordunu müəyyənləşdirən “Barselona” bu 6 matçın 4-nü Primera, 1-ni ölkə superkuboku, 1-ni ÇL-də keçirib. “Bernabei”dakı son 6 matçda 5 qələbə və 1 heç-heçəsi olan kataloniyalılar top fərqində də aşkar üstünlüyə malikdir – 16:6. 1969-74-cü illərdə “Barselona” ardıcıl 5 səfər oyununda “Real”a uduzmamışdı. Həmin rekord 37 ildən sonra yeniləndi.

La LiqaXV turReal 1:3 Barselona Real: İker Kasilyas, Pepe, Serxio Ramos, Marselo, Fabio Koentrao, Xabi Alonso, Lassana Diarra, Angel Di Maria, Mesut Özil, Kərim Benzema, Kristiano Ronaldo.Baş məşqçi: Joze Mourinyo.Barselona: Viktor Valdes, Daniel Alves, Cerard Pike, Karles Puyol, Erik Abidal, Kesk Fabreqas, Xavi Hernandes, Andres İnyesta, Serxio Buskets, Aleksis Sançez, Lionel Messi.Baş məşqçi: Pep Qvardiola.Qollar: Kərim Benzema, 1 - Aleksis Sançes, 30. Marselo, 53 (avtoqol). Kesk Fabreqas, 66.Vərəqələr: Xabi Alonso, 26. Lassana Diarra, 61. Serxio Ramos, 70 - Aleksis Sançes, 27. Lionel Messi, 37. Cerard Pike, 48.Hakimlər: David Fernandes Borbalan, Kabanero Martines, Kanelo Prieto, Lopes Amaya.Madrid. “Santiaqo Bernabeu” stadionu.

OXŞAR XƏBƏRLƏR