“Barselona” 17 yaşlı yetirməsini heyətinə qatdı: Qiymət 500 milyon avro

“Barselona” 17 yaşlı yetirməsini heyətinə qatdı: Qiymət 500 milyon avro
İDMAN
14:11 23.07.2021
1084
İspaniyanın "Barselona” futbol klubu öz yetirməsi Alexandro Balde ilə müqavilə bağlayıb.

Klubun rəsmi saytında bildirilir ki, 17 yaşlı müdafiəçi ilə anlaşma üç mövsümü əhatə edəcək, yəni 30 iyun 2024-cü ilə qədər.

"Barsa”nın mətbuat xidmətindən verilən məlumata görə, klub futbolçunun müqaviləsində onun dəyərini 500 milyon avro təyin edib. Nüfuzlu portal Transfermarkt.de isə oyunçunun dəyərini 500 min avro qiymətləndirir.

Balde heç vaxt əsas heyətində oynamadığı "Barselona” akademiyasının məzunudur. O, Kataloniyanın ehtiyat komandasında 16 matç keçirib və bir qolla nəticələnən ötürmə edib.
OXŞAR XƏBƏRLƏR