"Barselona" 18 yaşlı braziliyalı hücumçunu transfer etdi

İDMAN
19:21 12.07.2023
252
İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Braziliyanın "Atletiko Paranaense" komandasından Vitor Roke transfer olunub.

Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. 18 yaşlı hücumçu 2023/2024 mövsümündə icarə əsasında hazırkı klubunda çıxış edəcək.

Qeyd edək ki, gənc forvard bir dəfə Braziliya millisinin də formasını geyinib.
OXŞAR XƏBƏRLƏR