“Barselona” “Alaves”i məğlub edib

“Barselona” “Alaves”i məğlub edib
İDMAN
21:58 29.11.2025
160
İspaniya La Liqasının 14-cü turunda "Barselona" və "Alaves" arasında keçirilən oyun başa çatıb.

AZXEBER.COM xəbər verir ki, "Spotify Kamp Nou" stadionunda keçirilən görüşdə kataloniyalılar 3:1 hesabı ilə qələbə qazanıblar.

"Barselona"nın yarımmüdafiəçisi Dani Olmu dublla yadda qalıb.

İspaniya La Liqasında 14 turdan sonra göy-qırmızılar 34 xal toplayaraq turnir cədvəlində birinci yerə yüksəliblər. "Alaves" 15 xalla 14-cü sırada qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR