Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçirilib.
Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Araz" klubu bu gün ikinci matçına çıxıb.
İlk görüşündə meydan sahibləri "Litija" (Sloveniya) klubuna 3:5 hesabı ilə uduzan Joze Alesio da Silvanın komandası bu dəfə daha güclü rəqiblə "Barselona" ilə qarşılaşıb və yenə meydançanı məğlubiyyətlə tərk edib. Təmsilçimiz bu dəfə daha böyük hesabla məğlub olub-1:7."Araz" bununla da növbəti mərhələyə yüksəlmək şansını itirib.Qrupun digər matçında "Litaja" "MNK Split" klubunu sınağa çəkib.Meydan sahibləri olan sloveniyalılar bu görüşdə də qələbəyə seviniblər - 10:1.
Qeyd edək ki, növbəti mərhələyə yalnız qrup qalibləri vəsiqə qazanacaq.
11 oktyabr
21:00. "Araz" (Azərbaycan) - "Barselona" (İspaniya) 1:7Qollar:Fernandino, 1 (0:1); Rizvan Fərzəliyev, 3 (avtoqol, 0:2); Aiçardo, 5 (0:3); Aiçardo, 15 (0:4); Lin, 7 (0:5); Namiq Məmmədkərimov, 14 (1:5); Torras, 28 (1:6), Vilde, 37 (1:7)23:30. “Litija” (Sloveniya) - "MNK Split" (Xorvatiya) - 10:1