"Barselona" Balde ilə müqavilənin müddətini uzatdı

İDMAN
19:08 20.09.2023
171
İspaniyanın "Barselona" klubu futbolçusu Alexandro Balde ilə müqavilənin müddətini uzadıb.

AZXEBER.COM Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Balde 2021-ci ildən əsas komandada çıxış edir. O, ötən mövsüm komanda ilə ölkə çempionu olub.
OXŞAR XƏBƏRLƏR