"Barselona" İngiltərə klubunun 20 yaşlı futbolçusunu transfer edə bilər

İDMAN
14:49 10.08.2024
123
İspaniyanın "Barselona" klubu İngiltərə təmsilçisi "Çelsi"nin futbolçusu Karni Çukvuemekanı transfer edə bilər.

Kataloniya klubu artıq 20 yaşlı yarımmüdafiəçinin menecerləri ilə əlaqə saxlayıb.

Futbolçunun "Çelsi" klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı yarımmüdafiəçinin dəyərini 15 milyon avro qiymətləndirir.

Qeyd edək ki, 2023/2024 mövsümündə K.Çukvuemeka "Çelsi"nin heyətində meydana çıxdığı 12 matçda 2 qola və 1 məhsuldar ötürməyə imza atıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR