İspaniyanın "Barselona" klubu İngiltərə təmsilçisi "Çelsi"nin futbolçusu Karni Çukvuemekanı transfer edə bilər.
Kataloniya klubu artıq 20 yaşlı yarımmüdafiəçinin menecerləri ilə əlaqə saxlayıb.
Futbolçunun "Çelsi" klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı yarımmüdafiəçinin dəyərini 15 milyon avro qiymətləndirir.
Qeyd edək ki, 2023/2024 mövsümündə K.Çukvuemeka "Çelsi"nin heyətində meydana çıxdığı 12 matçda 2 qola və 1 məhsuldar ötürməyə imza atıb.
///Report