Futbol üzrə İspaniya çempionatının 2011/12 mövsümünün ilk turunun son qarşılaşması baş tutub. İlk turun son matçında son İspaniya çempionu “Barselona” doğma “Nou Kamp” stadionunda “Vilyareal” klubunu sınağa çəkib. Qarşılaşma 5:0 hesabı ilə “Barselona”nın xeyrinə nəticələnib. Oyunda Lionel Messi 2 dəfə, Tiaqo Alkantara, Sesk Fabreqas və Sançes isə bir dəfə fərqlənib. Messi “Vilyareal”ın qapısından 2 qol keçirməklə “Barselona”nın heyətində vurduğu qollarının sayını 101-ə çatdırıb.