"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır

"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
İDMAN
19:31 28.02.2025
184
İspaniyanın "Barselona" klubu "Espanyol"un qapıçısı Xuan Qarsiya ilə maraqlanır.

Kataloniya təmsilçisi bu mövqeni gücləndirmək niyyətindədir.

23 yaşlı oyunçunun Dani Olmo ilə agenti eynidir. Yarımmüdafiəçi "Barselona"ya keçən zaman klub rəsmiləri agentə qolkiperi də heyətlərində görmək istədiklərini bildiriblər. Kataloniyalılar son həftələrdə bu yöndə səyləri artırıb.

"Espanyol" La Liqada qalsa, Qarsiyanın sərbəstqalma məbləği 25 milyon avro olacaq. Əks təqdirdə isə bu məbləğ xeyli azalacaq.

Qeyd edək ki, Xuan Qarsiya cari mövsüm bütün turnirlərdə 25 oyuna çıxıb və 36 qol buraxıb. O, dörd matçda qapısını toxunulmaz saxlayıb.
 
///report
OXŞAR XƏBƏRLƏR