“Barselona” məşhur müdafiəçi ilə müqavilə üçün çoxdan gözlədiyi icazəni aldı

“Barselona” məşhur müdafiəçi ilə müqavilə üçün çoxdan gözlədiyi icazəni aldı
İDMAN
18:32 26.08.2022
332
"Barselona” bu gün Jül Kunde ilə müqavilə üçün çoxdan gözlədiyi icazəni alıb. Belə ki, artıq müdafiəçi ilə müqavilə imzalanması üçün La Liqadan yaşıl işıq yanıb.

Kundenin qeydiyyatı artıq Pyer-Emerik Obameyanqdan və başqalarından asılı deyil.

Qeyd edək ki, fransız müdafiəçi qeydiyyat problemlərinə görə "Barsa”nın yeni mövsümdə ilk iki oyununu buraxıb. O, bazar günü "Real Valyadolid”ə qarşı oyunda rəsmi olaraq debüt edə bilər.
OXŞAR XƏBƏRLƏR