"Barselona" "Milan"a yox dedi

İDMAN
12:07 25.07.2012
1546

İtaliyanın "Milan" klubuyeni mövsüm üçüntransfer çalışmalarını davam etdirir.

AZXEBER.COM-un İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Milan təmsilçisi "Barselona"nın hücumçusu Aleksiz Sançezi heyətinə qatmağı planlaşdırır.

Lakin Kataloniya təmsilçisi "Milan"ın təklifini rədd edib. "Barselona"nın baş məşqçisi Tito Vilanova Sançezin onlara lazım olacağını əsas gətirərək futbolçunu satmayacaqlarını bildirib.

Qeyd edək ki, ötən mövsüm "Udineze"dən "Barselona"ya transfer olunan çilili futbolçu keçirdiyi 25 oyunda 15 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR