"Barselona" "Milan"ın futbolçusunu transfer etdi

"Barselona" "Milan"ın futbolçusunu transfer etdi
İDMAN
21:02 04.07.2022
440
İspaniya "Barselona"sı heyətini yeni futbolçu ilə gücləndirib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İtaliya "Milan"ından Frank Kessyeni transfer edib.

Kot d İvuarlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 26 yaşlı oyunçuya 500 milyon avro təzminat qiyməti qoyulub.

Qeyd edək ki, "Barselona" Frank Kessyeni iyulun 6-da ictimaiyyətə təqdim edəcək.
OXŞAR XƏBƏRLƏR