“Barselona” prezidenti Sandro Rassel 23 yanvar tarixində xüsusi mətbuat konfransında katalon klubundan getdiyini elan etdi.
AZXEBER.COM Cempionat.com saytına istinadən xəbər verir ki, 49 yaşlı rəhbər 2010-cu ildən etibarən bu klubla işləyir.
Ona qədər “Barselona” prezidenti Joan Laporta olub.
İndi prezident funksiyasını icra edən Xosel Mariya Bartomey daha əvvəl vitse-prezident idi.
Xatırladaq ki, bir müddət əvvəl Rassel Neymarın “Santos”dan “Barselona”ya keçidi zamanı 40 milyon avro mənimsəməkdə şübhəli bilinib. Yaxın zamanda işlə bağlı məhkəmə araşdırması olacaq.