"Barselona” yay transfer pəncərəsində maliyyə fair-play təhdidləri ilə üzləşib və xərcləri azaltmaq yollarını axtarmağa başlayıb.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun klub rəhbərliyi Serxio Busqets, Jerard Pike və Jordi Alba ilə maaşlarının azaldılması məsələsini müzakirə edəcək. Bonus ödənişləri də daxil olmaqla, gələn mövsüm oyunçulara xərclənmə 100 milyon avroya çata bilər.
Martın 27-də "Bavariya”nın polşalı hücumçusu Robert Levandovskinin "Barselona”ya keçidinə ilkin razılıq verdiyi bildirilir. Kataloniya rəhbərliyi hücumçuya 4 illik müqavilə təklif etməyə hazırdır.
Bundan əlavə Kataloniya klubu "Liverpul”un misirli hücumçusu Məhəmməd Salah ilə də maraqlanır.