"Barselona" qapıçısı ilə yolları ayıra bilər

"Barselona" qapıçısı ilə yolları ayıra bilər
İDMAN
18:38 02.06.2025
634
İspaniyanın "Barselona" klubu qapıçısı Mark-Andre ter Ştegenlə yolları ayıra bilər.

Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 33 yaşlı qolkiperdən özünə yeni komanda tapmasını istəyib.

Mütəxəssis bunun hər iki tərəf üçün yaxşı olacağını bildirib.

Hazırkı ölkə çempionu bu mövqeyə "Espanyol"dan Xoan Qarsiyanı namizəd kimi görür. Onun "Barselona"nın əsas qapıçısı olacağı ehtimal edilir.

Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir.
 

OXŞAR XƏBƏRLƏR