"Barselona" "Real"ı 3 qolla məğlub etdi

İDMAN
06:23 24.08.2012
1899
Ötən gecə İspaniya Superkuboku çərçivəsində ilk oyun keçirilib.
AZXEBER.COM-un məlumatına görə, həlledici görüşdə əzəli rəqiblər - "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gəlib.
La Liqanın qalibi "Real" və "kral kuboku"nun sahibi "Barselona"nın dueli bütün dünyada böyük maraqla gözlənilirdi. Kataloniyada keçiriləcək ilk oyun Bakı vaxtı ilə gecə saat 01:30-da başlayıb.
Fasiləyə qolsuz yollanan komandaların duelində hesab ikinci hissədə açılıb. İlk qol "Real"dan gəlsə də, Madrid təmsilçisinin sevinci uzun sürməyib. Görüş isə 3:2 hesabı ilə "Barselona"nın xeyrinə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 6 gün sonra - avqustun 29-da Madriddə keçiriləcək.
"Barselona" - "Real" (Madrid) - 3:2
Qollar: Kriştiano Ronaldo, 55 (0:1), Pedro Rodriqez, 56 (1:1), Lionel Messi, 70-pen (2:1), Xavi Hernandez, 78 (3:1), Di Mariya, 85 (3:2)

OXŞAR XƏBƏRLƏR