"Barselona" və PSJ dördəbir finala vəsiqəni rəsmiləşdirdi
İDMAN
10:00 13.03.2014
911
Çempionlar Liqasında 1/8 final mərhələsində daha 2 oyun keçirilib.AZXEBER.COM-un məlumatına görə, "Barselona" öz meydanında "Mançester Siti"ni qəbul edib. İlk görüşdə səfərdə rəqibinə 2 cavabsız qolla qalib gələn "Barsa" bu oyunda da qələbə qazana bilib. Oyunun son dəqiqələri gərgin keçib. Belə ki, Messinin 67-ci dəqiqədə vurduğu qola 88-ci dəqiqədə Visenti Kampani cavab versə də, əlavə olunmuş dəqiqələrdə, "Barsa" Dani Alvesin qolu ilə yenidən hesabda önə keçib."Bayer" (Leverkuzen) isə səfərdə PSJ-nin qonağı olub. Almaniyada baş tutan ilk matçda rəqibini 4:0 hesabı ilə darmadın edən Paris klubu mərhələnin taleyini həll etsə də, azarkeşləri qarşısında da gözəl oyun sərgiləyib."Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) (İlk oyun - 2:0) - 2:1Qollar: Messi, 67 (1:0), Kompani, 88 (1:1), Alveş, 90+2 (2:1)Qırmızı vərəqə: Zabaleta, 78 ("Mançester Siti")PSJ (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya) (İlk oyun - 4:0) - 2:1Qollar: Sam, 6 (0:1), Marqinos, 13 (1:1), Lavezzi, 53 (2:1)