“Barselona”, yoxsa “Milan”?

İDMAN
16:22 13.09.2011
1777

Bu gecə UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək.

AZXEBER.COM-un məlumatına görə, bütün qarşılaşmalar eyni saatda başlayacaq.

İlk oyun gününün ən maraqlı qarşılaşması heç şübhəsiz, “H” qrupunda baş tutacaq. ÇL-in son qalibi “Barselona” doğma “Nou Kamp”da son İtaliya çempionu “Milan”ı sınağa çəkəcək. Bu qrupun ikinci digər matçı isə sürpriz edərək, ÇL-in qrup mərhələsinə düşən Çexiya çempionu “Vitoriya” ilə Belarus BATE-si arasında olacaq.Günün maraq doğuran qarşılaşmalarından biri də İngiltərədə keçiriləcək. Almaniyanın “Bayer” klubu Londonda “Çelsi”nin qonağı olacaq. “Valensiya” isə Belçikada yerli “Genk” klubu ilə qarşılaşacaq.“F” qrupunda yer alan “Arsenal” və Dortmund “Borussiya”sı arasında görüş də azarkeşlər tərfindən maraqla gözlənilən oyunlardandır. Bu qrupun digər görüşündə isə “Olimpiakos” və “Marsel” klubları üz-üzə gələcəklər.Rusiya Premyer Liqasının son çempionu “Zenit” digər sürpriz komanda – Kiprin APOEL (Nikosiya) klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Avroliqanın son qalibi “Portu” isə möhtəşəm “Draqao” stadionunda Ukrayna çempionu “Şaxtyor”u qəbul edəcək.Çempionlar Liqası, I turun oyunları13 sentyabr"E" qrupu23:45. “Genk” (Belçika) – “Valensiya” (İspaniya)23:45. “Çelsi” (İngiltərə) – “Bayer” (Almaniya)"F" qrupu23:45. “Olimpiakos” (Yunanıstan) – “Marsel” (Fransa)23:45. “Borussiya” (Almaniya) – “Arsenal” (İngiltərə)"G" qrupu23:45. APOEL (Kipr) – “Zenit” (Rusiya)23:45. “Porto” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna)"H" qrupu23:45. “Vitoriya” (Çexiya) – BATE (Belarus)23:45. “Barselona” (İspaniya) – “Milan” (İtaliya)

OXŞAR XƏBƏRLƏR