Barselona yoxsa Real Madrid?

İDMAN
18:21 22.03.2015
4249

Bu gün futbol azarkeşlərinin diqqəti yenə İspaniyaya yönəlib.

Qol.Az-ın xəbərinə görə, bu gecə “Nou Kamp”da əzəli rəqiblər – “Barselona” ilə Madrid “Real”ın növbəti dəfə üz-üzə gələcəklər.

La Liqanın 28-ci turu çərçivəsində baş tutacaq bu qarşılaşma həm də çempionluq yolunda mühüm oyun hesab edilir. Hazırda komandalar arasında cəmi bir xal fərq var: 27 oyundan 65 xalı olan “Barsa” birinci, 64 xala malik “Real” isə ikinci yeri tutur.

Qeyd edək ki, dünyanın birnömrəli derbisi Bakı vaxtı ilə bu gecə saat 00.00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR