'Barselona' özünə yeni qapıçı tapdı

İDMAN
14:33 15.02.2013
1473

“Barselona” növbəti mövsüm heyətinə yeni qapıçı cəlb etmək fikrindədir.AZXEBER.COM-un İspaniyanın “Marka” qəzetinə istinadən yaydığı məlumata görə, artıq Kataloniya təmsilçisi axtardığı qolkiperi tapıb.

Onun Almaniyanın “Borussiya”(Münhenqladbax) klubunun 20 yaşlı qapıçısı Mark Stegen olduğu iddia edilir. Qəzetin məlumatına görə, Stegenlə mövsümün sonunda müqavilə imzalanacaq.

Qeyd edək ki, “Barsa”nın hazırkı qapıçısı Viktor Valdes cari mövsüm bitdikdən sonra komandasını tərk edəcəyi bildirilir.

OXŞAR XƏBƏRLƏR