"Barselona"dan ayrılan futbolçu Serji Roberto İtaliya çempionatında çıxış edə bilər.
İspaniyalı yarımmüdafiəçi A Seriyasının debütantı "Komo" ilə anlaşmağa yaxındır.
32 yaşlı oyunçu yeni komandası ilə "1+1" illik müqavilə bağlayacaq.
Qeyd edək ki, S.Roberto "Barselona"nın heyətində 373 matç keçirib və 19 qol vurub.