"Barselona"dan Messiyə yeni müqavilə

İDMAN
11:47 25.08.2012
2023
İspaniyanın "Barselona" klubu ulduz futbolçusu Lionel Messi ilə müqavilənin müddətini bir qədər də artırmağı planlaşdırır.
AZXEBER.COM-un İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi komanda ilə 2016-cı ilə qədər müqaviləsi olan argentinalı futbolçuya yeni sözləşmə təklif edib.
Lakin "Barselona" Messi ilə yeni imzalanacaq müqavilənin müddətini açıqlayıb. Bununla belə, 25 yaşlı futbolçunun karyerasının sonuna qədər "Barselona"da qalacağı istisna olunmur.
Qeyd edək ki, Messi daha öncə verdiyi açıqlamasında karyerasını vətəni - Argentinada başa vuracağını bildirmişdi.

OXŞAR XƏBƏRLƏR