“Barselona”dan möhtəşəm geridönüş: Səkkiz dəqiqəyə üç qol vurdular

İDMAN
23:29 23.09.2023
352
 
Son İspaniya çempionu "Barselona” La Liqanın VI turunda "Selta” ilə qarşılaşıb.

 Kataloniya təmsilçisi öz meydanında çətin qələbə qazanıb - 3:2.

Matçda hesabı 19-cu dəqiqədə qonaqların heyətində Yorgen Larsen açıb. 76-cı dəqiqədə Anastasios Duvikas fərqi iki topa çatdırıb.

Lakin "Barselona” təslim olmayıb. Xavinin komandası səkkiz dəqiqə ərzində geridönüş edib. 81-ci dəqiqədə fərqi azaldan Robert Levandovski dörd dəqiqə sonra hesabda tarazlıq yaradıb. 89-cu dəqiqədə Joau Kanselu katalonlara qələbə qazandıran qolu vurub.

Bu qələbədən sonra xallarını 16-ya çatdıran "Barsa” ən azı birgünlük zirvəni ələ keçirib. "Selta” dörd xalla 17-cidir.
OXŞAR XƏBƏRLƏR