''Barselona''dan Xaviyə yeni müqavilə

İDMAN
08:13 27.09.2012
1215

İspaniyanın “Barselona” klubu təcrübəli futbolçusu Xavi Hernandeslə müqaviləni uzatmaq üçün danışıqlara başlamaq niyyətindədir.

AZXEBER.COM-un məlumatına görə, bu barədə 32 yaşlı yarımmüdafiəçinin agenti İvan Korretxa açıqlama verib.

O bildirib ki, yeni sövdələşmə daha yaxşı şərtlərlə imzalanacaq.

Ümumiyyətlə, “Barsa” rəhbərliyi komandanın liderləri ilə anlaşma müddətini indidən uzatmaq istiqamətində iş aparır. Klub prezidenti Sandro Rossel Lionel Messi ilə yeni müqavilə bağlamalarının gərəkliyini açıqlayıb."Barselona"nın iyun ayındaKarles Puyol, Erik Abidal, Kristian Telyo və Mark Munyesin, gələn mövsümün sonlarında isə David Vilya, Viktor Valdes, Xavi, Martin Montoyya və Mark Bartra ilə müqavilələrin müddəti başa çatır.

Qeyd edək ki, Xavi “Barselona” məktəbinin yetirməsi sayılır. O, 1998-ci ildə əsas komandada debüt edib. Xavi Kataloniya komandasının heyətində Çempionlar Liqasının 3 qat sahibi və 6 qat İspaniya çempionu olub.

OXŞAR XƏBƏRLƏR