"Barselona"nın 17 yaşlı futbolçusu 100-cü matçını keçirib

İDMAN
18:25 18.02.2025
202
İspaniyanın "Barselona" klubunun 17 yaşlı futbolçusu Lamin Yamal 100-cü matçını keçirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, bunu La Liqanın XXIV turunda "Rayo Valyekano" ilə matçda reallaşdırıb. Vinger bu görüşlərin 83-də Kataloniya klubunun, 17-də isə İspaniya yığmasının heyətində meydana çıxıb.

Futbolçu "Barselonada"kı debütündən bəri artıq 18 qol və eyni sayda məhsuldar ötürməyə imza atıb. İspaniya yığmasının heyətində isə 3 qol və 8 məhsuldar ötürməyə müəlliflik edib.

Qeyd edək ki, "Barselona" hazırda 51 xalla La Liqada turnir cədvəlinə başçılıq edir.
OXŞAR XƏBƏRLƏR