"Barselona"nın yeni baş məşqçisi bəlli olub.
AzxeberSport-un məlumatına görə, Kataloniya təmsilçisi Ronald Kumanla rəsmi müqavilə imzalayıb. Niderlandlı mütəxəssis 2022-ci ilə kimi komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 8:2 hesablı məğlubiyyətdən sonra Kiki Setyen istefaya göndərilmişdi.