"Barselona"nın futbolçusu Messinin 13 il əvvəlki performansını təkrarlayıb

"Barselona"nın futbolçusu Messinin 13 il əvvəlki performansını təkrarlayıb
İDMAN
18:57 10.04.2025
512
İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya kataloniyalıların sabiq üzvü Lionel Messinin Çempionlar Liqasında 13 il əvvəlki performansını təkrarlayıb.

Braziliyalı hücumçu cari mövsüm qitənin ən nüfuzlu klub turnirində 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

La Liqa təmsilçisinin heyətində son olaraq L.Messi 2011/2012 mövsümündə 14 dəfə rəqib qapılarına yol tapıb, 5 assist etməklə ümumilikdə 19 qolun vurulmasında pay sahibi olmuşdu.

Qeyd edək ki, Çempionlar Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu Kriştianu Ronaldu olub. O, 2013/2014 mövsümündə 17 dəfə fərqlənib.
 
report
OXŞAR XƏBƏRLƏR