“Barselona”nın futbolçusu: Onun transferi klubdan asılıdır

“Barselona”nın futbolçusu: Onun transferi klubdan asılıdır
İDMAN
11:25 16.12.2018
12202
"Barselona"nın müdafiəçisi Xordi Alba, Kataloniya klubunun transfer hədəfində olan Alvaro Morata haqqında danışıb.

AZXEBER.COM Komanda.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Moratanın fantastik biri olduğunu deyib:

"Onunla uzun illər milli komandada birlikdə oynamışıq. O, fantastik bir futbolçudur. Onu çox qiymətləndirirəm. Onun transferi klubdan asılıdır. Yeni futbolçulara qapımız hər zaman açıqdır, amma onun gəlişi digərlərindən fərqli olmaz".

Bir neçə gün əvvəl İspaniyanın "Rac1" radiosu Moratanın menecerinin "Barselona" rəsmiləri ilə danışıqlara başladığını xəbər vermişdi.
OXŞAR XƏBƏRLƏR