“Barselona”nın futbolçusu Vinisiusu hədələyib

İDMAN
19:51 16.01.2024
223
"Barselona”nın futbolçusu Ferran Torres "Real”ın futbolçusu Vinisius haqqında sərt danışıb.

"Əgər bu oğlan mənimlə danışsa, and içirəm ki, onu şillələyəcəm. Əgər bu axmaq mənimlə danışsa, onu sındıracağam”, - deyə Torres bildirib.

Qeyd edək ki, yanvarın 14-də İspaniya Superkubokunun finalında "Real Madrid” "Barselona”nı məğlub edib. Vinisius görüşün qəhrəmanı olub. Braziliyalı yarımmüdafiəçi het-trik edib. Qaliblərin heyətində daha bir qolu Rodriqo vurub. "Barselona”nın kapitanı Ronald Araujo 71-ci dəqiqədə meydandan qovulub.
Torres 61-ci dəqiqədə meydandan çıxarılıb, onu Joau Feliks əvəz edib.

OXŞAR XƏBƏRLƏR