"Barselona"nın hücumçusu Azərbaycan millisinə qarşı oynamayacaq

İDMAN
19:44 25.01.2022
244
Futzal üzrə İspaniya yığması Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəyi D qrupunun II tur matçına ciddi itki ilə çıxacaq.

Komandanın aparıcı oyunçusu Adolfo Fernandes Dias koronavirusa yoluxduğu üçün qarşıdakı görüşü də buraxacaq.

Hazırda karantində olan "Barselona"nın 29 yaşlı forvardı Bosniya və Herseqovinanı 6:2 hesabı ilə darmadağın etdikləri qarşılaşmada da eyni səbəbdən iştirak etməyib.

Qeyd edək ki, yanvarın 26-da oynanılacaq İspaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv qrupdakı ilk görüşündə Gürcüstan yığmasına 2:3 hesabı ilə uduzub.
 
///Report

OXŞAR XƏBƏRLƏR