"Barselona” klubunun prezidenti Xuan Laporta yenidən Azərbaycana səfər edib.
AZXEBER.COM xəbər verir ki, X.Laporta ötən axşam Bakıya gəlib.
Bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Onun səfərinin məqsədi ölkəmizdə "Barselona” akademiyasının yaradılması və potensial investisiya imkanlarının axtarışıdır.
Laportanı səfərdə klubun direktorları Joan Soler və Xavyer Puiq müşayiət edib.
Xatırladaq ki, bu, Laportanın ölkəmizə ilk gəlişi deyil. Klub prezidenti 2024-cü il noyabrın 16-da da COP29-da iştirak məqsədi ilə Azərbaycana səfər edib.