"Barselona"nın sabiq futbolçusu vəfat etdi

"Barselona"nın sabiq futbolçusu vəfat etdi
İDMAN
00:18 17.05.2022
594
"Barcelona"nın sabiq futbolçusu Maksimiliano Rolon ölüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, futbola "Barcelona"da başlayan və sonuncu dəfə İraq təmsilçisi "Əl-Divaniyyə"də çıxış edən 27 yaşlı argentinalı oyunçu Maksimiliano Rolon yol qəzasından sonra dünyasını dəyişib.

"Sport” qəzetində yer alan xəbərə görə, Rolon ölkəsi Argentinada baş verən yol qəzasından sonra əkiz qardaşı Ariel ilə birlikdə dünyasını dəyişib.

"Barcelona” keçmiş futbolçu üçün başsağlığı verib:

 "2010-2016-cı illər arasında Barcelonada çıxış edən Maxi Rolonun ölüm xəbərini dərin hüznlə öyrəndik. Ailəsinə dərin hüznlə başsağlığı verir və hərtərəfli dəstəyimizi bildiririk”.
OXŞAR XƏBƏRLƏR