Çinli 95 yaşlı Zhao He adlı kişi 25 yaşında İkinci Dünya Müharibəsinə qatılıb.
Müharibə zamanı bədəninin bəzi nahiyələrindən güllə yarası alan şəxs bu güllələrin onun bədənindən çıxdığını düşünsə də, həqiqət bu cür olmayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 95 yaşlı Zhao He baş ağrısı şikayəti ilə getdiyi xəstəxanada rentgen çəkdirib.
Nəticələri alan həkimlər gördükləri detala heyran qalıblar. Kişinin boynunda bir güllə tapan həkimlər bu güllənin 70 ildir kişinin boynunda olduğunu müəyyən ediblər.
Məsələyə münasibət bildirən Zhaonun kürəkəni qayınatasının müharibə zamanı çoxlu güllə aldığını, lakin bundan xəbərsiz olduğunu bildirib.
Aydın