Baş iqtisadçı "Access Business Talks" iştirakçılarına AİB-in reallaşdırdığı layihələrdən danışıb

Baş iqtisadçı "Access Business Talks" iştirakçılarına AİB-in reallaşdırdığı layihələrdən danışıb
İQTİSADİYYAT
18:09 17.04.2019
7912
AccessBank-ın UNEC-də reallaşdırdığı "Access Business Talks" layihəsinin budəfəki qonağı Asiya İnkişaf Bankının (AİB) Azərbaycan nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev olub.

Qonaq tələbələrə AİB-in dünyada, o cümlədən Azərbaycanda reallaşdırdığı layihələr barədə ətraflı məlumat verib. AİB rəsmisi qeyd edib ki, 1966-cı ildə yaradılan adıçəkilən beynəlxalq maliyyə institutunun hazırda 68 üzvü var və onlar arasında Azərbaycan da yer alıb: "Azərbaycan 1999-cu ildən etibarən Asiya İnkişaf Bankının üzvüdür. Əməkdaşlıq müddəti ərzində AİB Azərbaycana 4 milyard dollardan çox vəsait ayırıb ki, onlar enerji, infrastruktur, maliyyə və iqtisadiyyatın digər sahələrinə yönəldilib".

Baş iqtisadçının sözlərinə görə, enerji sahəsində AİB "Şahdəniz" kimi nəhəng yatağın işlənməsini dəstəkləyib. Bundan başqa, Nail Vəliyev bildirib ki, Bakı-Ələt-Astara və Qazax - Gürcüstan sərhədi avtomobil yollarının tikintisi də AİB-in dəstəyi nəticəsində həyata keçirilib: "Onu da qeyd edim ki, AİB-dən cəlb olunan vəsaitlər hesabına Azərbaycanın bir neçə rayonunda su və kanalizasiya layihələri həyata keçirilir, bəziləri isə artıq yekunlaşıb".

Qonaq onu da bildirib ki, AİB ilə Azərbaycan maliyyə sahəsində də ciddi əməkdaşlıq edir: "Asiya İnkişaf Bankının bəzi yerli banklarla əməkdaşlığı olsa da, ilk dəfə olaraq bu il AİB Azərbaycanın bank sektoruna səhmdar qismində daxil olub və hazırda AccessBank-ın əsas səhmdarlarından biridir. İnanırıq ki, Azərbaycanda reallaşdırdığımız bütün layihələr kimi, bu yatırım da uğurlu olacaq".

Nail Vəliyev əlavə edib ki, AİB kapital bazarının inkişafı üçün də Azərbaycan hökuməti ilə sıx əməkdşalıq edir. Təqdimatın sonunda mütəxəssis tələbələrlə öz təcrübəsini bölüşüb və onlara bəzi tövsiyələr verib.
 

 

 

 

 



Qeyd edək ki, 10 həftə davam edəcək "Access Business Talks" layihəsi çərçivəsində AccessBank-ın əməkdaşları, IELTS və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri tələbələrlə öz təcrübələrini bölüşür. Böyük hissəsi ingilis dilində aparılan bu çıxışların əsas məqsədi tələbələrin dil biliklərini artırmaqla yanaşı, dünyagörüşünün formalaşdırılması, biznes, maliyyə kimi sahələrdə yeni məlumatların əldə edilməsidir.

Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunacaq ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaranacaq. Bundan başqa, layihə bitdikdən sonra tələbələr "AccessBank"da təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
10:36 29.10.2026
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
10:34 29.10.2026
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
10:30 29.10.2026
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
10:27 29.10.2026
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
10:26 29.10.2026
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
10:24 29.10.2026
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər
10:23 29.10.2026
Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər
Azərbaycanda yeni ombudsman seçiləcək
10:19 29.10.2026
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
09:57 29.10.2026
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT
09:43 29.10.2026
Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT
Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı
09:36 29.10.2026
Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
09:30 29.10.2026
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
09:28 29.10.2026
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
09:15 29.10.2026
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
09:13 29.10.2026
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
09:11 29.10.2026
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi