Dünən AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilə görüşüb. Siasport.az saytı xəbər verir ki, baş katib sentyabrın 30-da ilk rəsmi oyununu keçirəcək komandanın üzvlərinə AFFA rəhbərliyi adından uğurlar arzulayıb.
Yığmanın baş məşqçisi Sissi Rayt komandaya yaradılan yüksək səviyyəli şəraitlə bağlı AFFA rəhbərliyinə minnətdarlığını bildirib.
Xatırladaq ki, sentyabrın 30-dan oktyabrın 5-dək Bakıda 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin IX qrupunun oyunları keçiriləcək. Bu qrupda Bosniya və Herseqovina, İspaniya, Ukrayna və Azərbaycan komandaları mübarizə aparacaqlar.