Baş katib: NATO ölkələri Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli silahların tətbiqini özləri həll etməlidir

DÜNYA
20:37 01.10.2024
134
NATO-nun hər bir ölkəsi Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verilməsi barədə qərarı müstəqil şəkildə qəbul etməlidir.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu NATO-nun yeni baş katibi Mark Rutte deyib.

"Hər bir müttəfiq Ukraynanın dəstəklənməsi məsələsində öz mövqeyini müəyyən etməlidir. Bu məndən asılı deyil. Bu, ayrı-ayrı müttəfiqlərə və onların Ukrayna ilə münasibətlərinə aiddir", - o bildirib.

Eyni zamanda M.Rutte əlavə edib ki, o, Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyir.
OXŞAR XƏBƏRLƏR