Baş konsulumuz Acarıstan hökumətinin yeni sədri ilə görüşüb

Baş konsulumuz Acarıstan hökumətinin yeni sədri ilə görüşüb
SOSİAL
17:34 09.08.2016
1380

Acarıstan Muxtar Respublikası hökumətinin yeni sədri Zurab Pataradze ilə görüş keçirilib.

Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze arasında görüş keçirilib. Dəvətə görə Hökumət sədrinə dərin minnətdarlığını bildirən Rəşad İsmayılov bu vəzifəyə yeni təyin olunması münasibətilə onu təbrik edib, uğurlar arzulayıb.

Səmimi şəraitdə keçən görüş zamanı Baş Konsul Respublikamızda aparılan daxili və xarici siyasət, dost və qonşu Gürcüstanla ikitərəfli münasibətlərin inkişafı və ölkəmiz üçün bu əlaqələrin vacib əhəmiyyət kəsb etməsindən danışıb. O, Azərbaycan-Gürcüstan dostluq və yaxın qonşuluq münasibətlərinin qədim tarix və ənənəyə malik olduğunu və yüksək səviyyəli görüşlər zamanı əldə olunan razılaşmaların və qəbul edilən qərarların icrasının bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirib. Bununla yanaşı ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin regional əməkdaşlığın genişləndirilməsi baxımından da önəmi qeyd edilib.

Eyni zamanda Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb. Qeyd edilib ki, hazırda ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində mövcud olan əlaqələr əməkdaşlığın böyük potensiala malik olduğunu göstərir. Xususilə hər iki respublikanın ali təhsil müəssisələri-Batumi Dövlət Universiteti və Memarlıq və İnşaat Universiteti, həmçinin Naxçıvan Dövlət Universiteti arasındakı əlaqələr təhsil sahəsində əməkdaşlıq üçün möhkəm bünövrə yaratmışdır. O davurğulanıb ki, səhiyyə sahəsində əlaqələr də ilbəil inkişaf etməkdədir və bu sahədəki əlaqələr hər iki tərəfdən yetişməkdə olan nəslin sağlam böyüməsinə göstərilən qayğının ifadəsidir.

Zurab Pataradze bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası və Acarıstan Muxtar Respublikası arasındakı əlaqələrin rolu da danılmaz faktdır. Bu mənada o, bir daha hər iki muxtar qurum arasında 2012-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və əməkdaşlığa dair Memorandum”un vacibliyini vurğulayıb, Naxçivan-Batum avtobus marşrutunun hər iki tərəf arasında turizm əlaqələrinin inkişafına təkan verəcəyini bildirib. Hökumət sədri strateji dostluq əlaqələrinin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğundan danışıb və bu əlaqələrin daha möhkəm və davamlı olmasına dair səylərini artıracağını bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır